XI sinif üzrə buraxılış imtahanlarında 2 şagirdimiz maksimum nəticə göstərib.
2 mart 2025-ci il tarixdə keçirilmiş XI sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyanın şagirdi Fizuli İlqar oğlu Həsənov və Lənkəran rayonu Boladı kənd N.Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Həlimə Emil qızı İbadzadə 300 bal toplayaraq maksimum nəticə göstəriblər.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə 100 bal olmaqla, ümumilikdə 300 bal maksimum nəticə hesab olunur.
Məzunlarımızı təbrik edir, onlara müvəffəqiyyətlər arzulayırıq!
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Buraxılışİmtahanları #MaksimumNəticə