"STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 7-9 yaşlı şagirdlərdən ibarət 40-dan çox komanda arasında "FIRST LEGO LEAGUE Explore" yarışının respublika turniri həyata keçirilib.
♦ Lənkəran STEAM Mərkəzində hazırlıq keçən #MaviXəzinə komandası turnirdə uğurlu iştirak edib və “Creative Model Design Award” (Kreativ Model Dizaynı) kubokunu qazanıb.
Komanda üzvləri:
⇒ Baxşiyeva Zəhra Cavid qızı (Lənkəran rayonu Hirkan qəsəbə tam orta ümumtəhsil məktəbi)
⇒ Ağayev Amin Pərviz oğlu (Lənkəran şəhəri 8 nömrəli tam orta ümumtəhsil məktəbi)
⇒ Əliyev Rəsul Vahid oğlu (Lənkəran rayonu Hirkan qəsəbə tam orta ümumtəhsil məktəbi)
Komandanın mentoru Turanə Heydərlini və üzvlərini təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Turnirin əsas məqsədi məktəblilərin elm, texnologiya və mühəndislik sahələrinə marağını artırmaq, onların analitik düşünmə, problem həlletmə və komanda işi bacarıqlarını inkişaf etdirməkdir.