Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov, Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzov və ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı IX siniflər üzrə keçirilən monitorinqlərin nəticələri müzakirə edilib. O cümlədən, cari tədris ili üçün qarşıya qoyulmuş hədəflərə nail olunması, şagirdlərin olimpiada və müsabiqələrə, həmçinin monitorinq və buraxılış imtahanlarına hazırlığı və iştirakının təmin edilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib. Qeyd olunan məsələlər barədə müvafiq tövsiyə və tapşırıqlar verilib.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #YardımlıRayonuÜzrəTəhsilSektoru #Görüş #Monitorinq