Cəlilabad şəhəri R.Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 30, Lənkəran rayonu Viravul kənd C.Əzimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin isə 17 nəfər şagirdi PIRLS 2026 (Progress in International Reading Literacy Study) tədqiqatının sınaq mərhələsində iştirak edib.
Qeyd edək ki, PIRLS - oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatdır. Tədqiqatın əsas məqsədi IV sinif şagirdlərinin oxu bacarıqlarının qiymətləndirilməsi və nəticələrin digər ölkələrlə müqayisə olunmasıdır.
Tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən həyata keçirilir. Azərbaycan bu beynəlxalq qiymətləndirmədə ilk dəfə 2011-ci və növbəti dəfə 2016-cı ildə iştirak edib.