Bu il sertifikasiya imtahanlarına cəlb olunacaq Yardımlı rayonunun ümumtəhsil məktəblərində çalışan təhsilverənlər üçün sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırıcı və dəstək xarakterli görüş keçirilib.
Tədbir zamanı sertifikatlaşdırma prosesinin mahiyyəti, mərhələləri və məzmunu ətrafında geniş müzakirələr aparılıb. Təhsilverənlərə bu prosesin onların karyera inkişafına və gələcəkdə həyata keçiriləcək əməkhaqqının stimullaşdırılması tədbirlərinə təsiri barədə ətraflı məlumat verilib.
Görüşün sonunda müəllimlərin sualları cavablandırılıb, onları maraqlandıran məqamlara aydınlıq gətirilib.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #YardımlıRayonuÜzrəTəhsilSektoru #görüş #sertifikatlaşdırılma