Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində məktəblilər üçün insan hüquqlarına dair maarifləndirici tədbirlərin keçirilməsi ardıcıl şəkildə davam etdirilir.
Tədbirlər çərçivəsində şagirdlərə insan hüquq və azadlıqlarının mahiyyəti, onların qorunmasının əhəmiyyəti, həmçinin hüquqi mədəniyyətin formalaşdırılmasında maariflənmənin rolu barədə geniş məlumat verilir.