Aprelin 5-də ölkənin müxtəlif regionlarını əhatə edən ümumi təhsil məktəblərinin IX sinif şagirdlərinin iştirakı ilə “Əlaçı” intellektual oyununun 21-ci mövsümünün seçim turu keçirilib.
Turun nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 144 nəfər iştirakçı bu ilin aprel ayında İctimai Televiziyada yayımlanacaq “Əlaçı” verilişinin çəkilişlərində iştirak edəcək.
Qeyd edək ki, intellektual oyunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə dərin biliklərə malik, intellektual potensialı yüksək olan gəncləri üzə çıxarmaq, məktəbliləri bu sahəyə maraq göstərməyə həvəsləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Seçim mərhələsində iştirak edən bütün şagirdlərimizə uğurlar arzu edirik!
#LənkəranAstaraRTİ #MÜTDA #EduAz #SeçimMərhələsi #İntellektualOyun