"Məktəblər üçün PİSA" tədqiqatına başlanılıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Məktəblər üçün PİSA" tədqiqatına start verilib. Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqları real həyatda tətbiq etmə qabiliyyətlərini müəyyənləşdirməkdir.
ƏtraflıLənkəranda "Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar"a riayət olunmasına dair görüş keçirilib.

Lənkəran rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar"a əsasən görüləcək işlərlə bağlı görüş təşkil edilib.
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrində, qida bloklarının sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işçi heyəti ilə maarifləndirici görüşlər (onlayn) keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan Lənkəran və Astara rayonları üzrə məktəbəqədər təhsil müəssisələrində qida bloklarının sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həmin müəssisələrin işçi heyəti ilə maarifləndirici görüşlər (onlayn) keçirilib.
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmə yekunlaşdı.

Bu günə qədər ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.
ƏtraflıDiaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib

19 oktyabrda keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün oktyabrın 18-də simulyasiya keçirilib.
ƏtraflıSektor müdrinin icazəsi olmadan xidməti otaqda çəkilən video və irəli sürülən iddialarla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin açıqlaması

07 oktyabr 2024-cü il tarixində Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzovun xidməti otağına daxil olaraq onun icazəsi olmadan videoçəkiliş aparılıb. Təəssüf hissi ilə bildiririk ki, qeyd olunan hərəkətlərə yol verən şəxs Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Zabidov Cəlil Famil oğludur.
Ətraflı
Təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam edir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşov və Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzovun iştirakı ilə Yardımlı şəhər M.F.Axundov adına 1 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri və müəllim heyəti üçün maarifləndirici görüş keçirilib.
ƏtraflıLənkəranda təhsil müəssisələrinin rəhbərləri müxtəlif mövzular üzrə təlimlərə cəlb olunublar.

Lənkəran rayonu üzrə ümumi təhsil müəssisələrinə son 3 ildə məktəb direktoru vəzifəsinə təyin olunmuş şəxslərə “Ümumtəhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması”, “Maliyyə savadlılığı”, “Məktəb sənədlərinin elektron tərtibatı”, “İctimaiyyətlə əlaqələr və sosial medianın idarə edilməsi” və “İKT bacarıqlarının inkişaf etdirilməsi” mövzularında təlimlər keçirilib.
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün təlimlər keçirilib.

"Məktəbəqədər təhsil müəssisələrinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması" və "Əmək qanunvericiliyi, kadr işinin təşkili və kadr sənədləşməsi" mövzuları haqqında məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün təlimlər təşkil edilib.
ƏtraflıBilBacar müsabiqəsi ilə bağlı görüş keçirilib.

Görüşdə BilBacar müsabiqəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən müsabiqə Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
ƏtraflıMasallı rayonu Bala Kolatan kənd tam orta məktəbində daha geniş təhsil imkanları yaratmaq məqsədilə yeni sinif otaqlarının açılışı olub.

Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
ƏtraflıMüəllimlərimizin fəaliyyəti Elm və Təhsil Nazirliyi tərəfindən qiymətləndirilib.

Elm və təhsil nazirinin müvafiq əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bir sıra təhsil işçisi təltif edilib.
ƏtraflıLənkəran-Astara Regional Təhsil İdarəsi üzrə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində cari tədris ilinin ilk dərs günü keçirilib.

Bu qrupların fəaliyyəti nəticəsində 3-5 yaşlı uşaqların idrak, sosial-emosional və digər bacarıqlarının artırılması, həmçinin onların formal təhsilə daha hazırlıqlı olmasının təmin edilməsi əsas hədəflərimizdəndir.
ƏtraflıLənkəranda Anım Günü qeyd olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lənkəranda şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüşüb, onlarla çay süfrəsi ətrafında həmsöhbət olub. Səmimi görüş zamanı qəhrəman şəhidlərimiz minnətdarlıqla anılıb, dövlət tərəfindən şəhidlərin ailə üzvlərinə göstərilən yüksək diqqət və qayğıdan danışılıb.
ƏtraflıLənkəran rayonu Günəhir kənd tam orta məktəbinin binasının vəziyyəti ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin açıqlaması

İdarənin tabeliyində 554 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 41 təhsil müəssisəsində cari, 6 müəssisədə əsaslı təmir aparılır, eləcə də 6 təhsil müəssisəsinin tikintisi icra edilir.
Ətraflı