Görüş zamanı Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, icra olunan proqramlar, işəgötürənlər və işaxtaranlar üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin məşğulluq sahəsində təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gənclərin əmək bazarına inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edənlərin sualları Lənkəran-Astara Regional Məşğulluq filialının müdiri Rasim Harəzmşah tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Görüşdə həmçinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov gündəlikdə olan aktual mövzulardan danışıb. O, təhsil sahəsində aparılan yeniliklər, şagird və məzunların əmək bazarına hazırlığı, eləcə də məktəblərdə peşə yönümünün təşviqi ilə bağlı bir sıra tövsiyə və tapşırıqlarını səsləndirib.
Görüş iştirakçılar üçün faydalı və maarifləndirici xarakter daşımaqla, təhsil və məşğulluq sahələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından önəmli əhəmiyyət kəsb edib.
#LənkəranAstaraRTİ #LənkəranAstaraMəşğulluqFilialı #EduAz #MÜTDA #DMA #görüş