Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zona Fənn Olimpiadası (ZFO) keçirilib.
• Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin IX, X və XI sinif şagirdləri fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə biliklərini sınayıblar.
Bilik yarışmasına qatılan 600-ə yaxın şagird seçdikləri fənlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar.
♦ Olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara Lənkəran Dövlət Universitetinin fəxri fərman, diplom və hədiyyələri təqdim olunacaq. Bilik yarışmasının nəticələri ilə bağlı LDU-nun rəsmi veb saytında (www.lsu.edu.az) və “facebook” səhifəsində məlumat veriləcək.
#LənkəranAstaraRTİ #EduAz #ElmVəTəhsilNazirliyi #MÜTDA #LDU #ZFO #olimpiada