Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş Respublika fənn müsabiqələrinin (RFM) və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 476 şagird yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri üzrə, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə iştirak ediblər. Lütfi Zadə riyaziyyat-məntiq olimpiadası isə V sinif şagirdləri arasında təşkil olunub.
RFM-də növbəti mərhələyə keçən şagirdlərimizin sinif və fənlər üzrə göstəriciləri:
VI sinif - 165 nəfər (ümumi şagird sayı)
İnformatika - 11 nəfər
Riyaziyyat - 83 nəfər
Təbiət - 71 nəfər
VII sinif - 177 nəfər (ümumi şagird sayı)
Fizika - 11 nəfər
Biologiya - 54 nəfər
Kimya - 44 nəfər
Riyaziyyat - 68 nəfər
Fənn müsabiqələrinin və riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsində iştirak edəcək şagirdlərimizə uğurlar arzulayırıq!
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #ARTİ #FənnMüsabiqəsi #LütfiZadə #RFM #LMO