ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin (ADA SAFS) təşkilatçılığı ilə #Azerfoodathon layihəsi Lənkəran, Masallı, Astara və Cəlilabadda uğurla başa çatıb.
Fevral ayında başlayan layihə çərçivəsində komandalar 2 ay ərzində yerli şirkətlərdə, tədqiqat institutlarında və məktəblərində layihələr üzərində çalışaraq təkliflər və təqdimat videoları hazırlayıblar. Layihələrin hazırlanmasından əvvəl iştirakçılar ADA SAFS komandası ilə görüş keçirib və tərəfdaşımız “EkoSfera” Sosial-Ekoloji Mərkəz tərəfindən təşkil olunmuş onlayn mühazirədə iştirak ediblər.
Şagirdlər mentorları ilə birgə Azərbaycanda kənd təsərrüfatının keçmişdən bu günə qədər hansı texnologiya və biliklər vasitəsilə dəyişdiyini nümayiş etdirən layihələr təqdim ediblər. Təxminən 100 şagird və müəllimin iştirak etdiyi müsabiqədə 10 komanda qalib seçilərək medal və hədiyyələrlə təltif olunub:
♦ Astara rayonu Suparibağ kənd tam orta ümumtəhsil məktəbinin “Dəyər” komandası
♦ Astara şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin “Cənub mirvarisi” komandası
♦ Cəlilabad rayonu Uzuntəpə kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Medicine for ailments” komandası
♦ Lənkəran şəhəri 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin “Flavor code”, “Mystic Bites”, “Sweet health”, “TeaTech”, “Yaşıl inkişaf” komandaları
♦ Masallı rayonu Banbaşı kənd tam orta ümumtəhsil məktəbinin “Lavender” və “Oliver” komandaları
► Mükafatlandırma mərasimi Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilib.
Yarışma gəncləri kənd təsərrüfatı və qida sistemləri haqqında tənqidi düşünməyə və qlobal çağırışlara cavab tapmağa təşviq edib.
#LənkəranAstaraRTİ #EduAz #ADAUniversity #MÜTDA #ADASAFS #mükafatlandırma