21.04.2025

 Uşaqların elektron qaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi həyata keçirilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 6 rayonda 54 alternativ qeydiyyat mərkəzi yaradılıb.
 

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
 

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.
 

Bundan əlavə qeydiyyatla bağlı suallar yaranarsa, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-5" nömrəli telefonuna zəng etmək mümkündür.
 

► Qeyd edək ki, mayın 1-dən 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
 

#LənkəranAstaraRTİ #MÜTDA #EduAz #BirinciSinfəQəbul #AlternativMərkəz