19.04.2025

XI sinif üzrə buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdlərimizin sayı 3-ə çatdı!

9 mart tarixində keçirilmiş XI sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara rayonu Ərçivan qəsəbə N.Kərimov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Əliəkbər Xanağa oğlu Ağayev 300 bal toplayaraq maksimum nəticə göstərib.
 

► Şagirdimizin “Azərbaycan müəllimi”nə müsahibəsini aşağıdakı linkdən oxuya bilərsiniz:

https://shorturl.at/VBhPt
 

Qeyd edək ki, Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyanın şagirdi Fizuli İlqar oğlu Həsənov və Lənkəran rayonu Boladı kənd N.Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Həlimə Emil qızı İbadzadə də mart ayında daha əvvəl keçirilən XI sinif üzrə buraxılış imtahanlarında maksimum nəticə göstərmişdilər.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Buraxılışİmtahanları #MaksimumNəticə