Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların internet məkanında və sosial şəbəkələrdə zərərli informasiyadan qorunması məqsədilə təbliğat-təşviqat işləri aparılıb.
Tədbirlər çərçivəsində maarifləndirici vəsaitlər hazırlanıb və paylanıb, informasiya təhlükəsizliyi sahəsində şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib.
Müəllimlər tərəfindən təhlükəsiz rəqəmsal mühitin təmin olunması, özünüqoruma qaydaları və zərərli informasiyadan qorunma prinsipləri barədə təqdimatlar edilib.