Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov çıxış edərək şagirdlərə uğurlar arzulayıb və sonra turnirin gedişatını yaxından izləyiblər.
♦ FIDE qaydaları əsasında keçirilən şahmat turnirində Masallı rayonunu təmsil edən komanda xal hesabı ilə digər komandaları üstələyərək qalib olub.
► Şahmat turniri regional və respublika mərhələsindən ibarətdir. Hər mərhələ üzrə komanda yarışları FIDE qaydaları əsasında keçirilir. Ən yüksək nəticə göstərmiş komanda regional mərhələnin qalibi sayılır və respublika mərhələsində iştirak etmə hüququ qazanır. Region üzrə qalib olan komanda (rayon və ya şəhər) final mərhələdə həm rayonu, həm də regionu təmsil edir.
Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #ZəkalarınMübarizəsi #şahmatturniri