Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində erkən yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının vacibliyinə dair maarifləndirici tədbir təşkil olunub.
Tədbir zamanı iştirakçılara məktəbəqədər təhsilin uşaqların sosial, emosional, idraki və nitq inkişafında mühüm rolu, erkən yaş dövründə təlim-tərbiyənin gələcək təhsil nəticələrinə təsiri və bu sahədə qlobal təcrübələr barədə geniş məlumat verilib.
Müəllimlər tərəfindən məktəbəqədər təhsilə çıxış imkanlarının artırılması, ailələrin maarifləndirilməsi, uşaqların inkişaf göstəricilərinin izlənməsi və inklüziv təhsilin təşviqi ilə bağlı təqdimatlar edilib.
Sual-cavab sessiyaları və qrup müzakirələri təşkil olunub. Tədbir erkən yaşlı uşaqların məktəbəqədər təhsilə əhatə səviyyəsinin yüksəldilməsi və bu sahədə maarifləndirici işlərin gücləndirilməsinə xidmət edib.