Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində BMT-nin Dayanıqlı Inkişaf Məqsədlərindən biri olan #KeyfiyyətliTəhsil mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərdə keyfiyyətli təhsilin əsas meyarları, müasir tədris metodlarının tətbiqi, şagirdlərin biliyinin qiymətləndirilməsində obyektivlik və təhsil prosesində müəllim-şagird əməkdaşlığının rolu barədə geniş məlumat verilib. Həmçinin təhsilin şagirdlərin gələcək inkişafı, peşə seçimi və sosial həyatdakı imkanlarına təsiri vurğulanıb. Məktəblərin pedaqoji heyətləri tərəfindən tədrisin səmərəliliyinin artırılması, öyrənmə motivasiyasının gücləndirilməsi və şagirdlərin öz potensiallarını ortaya qoymaları üçün yaradılan şəraitlər haqqında təqdimatlar edilib.
Tədbirlər çərçivəsində şagird və müəllimlərin iştirakı ilə müzakirələr, sual-cavab sessiyaları və tematik çıxışlar təşkil olunub. Keyfiyyətli təhsilin təmin olunması üçün innovativ yanaşmalar, inklüziv tədris mühitinin əhəmiyyəti və valideynlərlə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.