20.04.2025

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

20 aprel tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.
 

Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutan müsabiqədə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 14 mərkəzdə 4457 nəfər şagird iştirak edib.
 

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Nəticələrə əsasən, I, II və III yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Kenquru #KBRM