Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində autizm spektr pozuntuları olan uşaqlar barədə şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Tədbir zamanı müəllimlər şagirdlərə autizm spektr pozuntuları, bu uşaqlara qarşı stiqma və stereotiplərin aradan qaldırılması, həmyaşıdların münasibətləri və sosial dəstəyin əhəmiyyəti barədə məlumat veriblər.