05.06.2025

Kənd yerlərində qızların təhsildən yayındırılmasının qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kənd yerlərində qızların təhsildən yayındırılması hallarının qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub.

 

Tədbirlərdə qızların təhsildən yayınma səbəb və nəticələri, bunun onların gələcək inkişafına təsiri və təhsilin həyat keyfiyyətinin yüksəldilməsində oynadığı mühüm rol barədə ətraflı məlumat verilib. Ailə, məktəb və cəmiyyət əməkdaşlığının qızların təhsilə cəlb edilməsində əhəmiyyətli olduğu xüsusilə vurğulanıb.

 

Müəllim və psixoloqlar tərəfindən qız uşaqlarının təhsildən kənarda qalmasının sosial, psixoloji və iqtisadi nəticələri barədə təqdimatlar edilib. Qızların məktəbdə qalması və davamiyyətinin artırılması üçün mövcud dəstək mexanizmləri barədə məlumatlar çatdırılıb.