Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Cəlilabad və Lənkəran rayonlarının ümumtəhsil məktəblərinin basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Həm oğlan, həm də qız şagirdlərdən ibarət 4 komandanın mübarizə apardığı qarşılaşma sonunda Cəlilabad rayonunu təmsil edən komanda qalib gəlib.
Bu cür tədbirlər şagirdlərin fiziki və sosial inkişafına, komandalar arasında sağlam rəqabətin və dostluq münasibətlərinin gücləndirilməsinə xidmət edir.