05.06.2025

#BilBacar müsabiqəsinin final mərhələsi başa çatıb.

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən BilBacar müsabiqəsinin final mərhələsi yekunlaşıb. Tabeliyimizdə fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 19 şagird final turunda iştirak edib.
 

Şagirdlər 150 dəqiqə ərzində riyaziyyat, oxu və təbiət fənləri üzrə hər biri 20 sual olmaqla, ümumilikdə 60 sualı cavablandırıblar.
 

2024-cü ilin oktyabr ayından start verilən müsabiqədə respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsinin VIII, IX və X siniflərindən 170 000-ə yaxın şagird iştirak edib.
 

Müsabiqə şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etmək məqsədilə həyata keçirilib.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #BilBacar #Final