Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların Azərbaycan dili biliklərini zənginləşdirmək və nitq bacarıqlarını inkişaf etdirmək məqsədilə müasir resurslardan istifadə olunmasına dair tədbirlər həyata keçirilib.
Tədbirlər çərçivəsində şagirdlərin yaş xüsusiyyətlərinə uyğun jurnallar, kitablar, audio-vizual materiallar və televiziya verilişləri ilə təmin olunması istiqamətində maarifləndirici işlər aparılıb.
Müəllimlər tərəfindən düzgün nitq vərdişlərinin formalaşdırılması, söz ehtiyatının artırılması və şifahi ifadə bacarıqlarının inkişafı ilə bağlı müvafiq tövsiyələr təqdim edilib.
Müzakirələr, nümunə təqdimatları və interaktiv tapşırıqlar vasitəsilə uşaqların Azərbaycan dili üzrə bilik və bacarıqları daha da möhkəmləndirilib. Tədbirlər dil kompetensiyasının inkişafına xidmət edib.