2024–2025-ci tədris ili üzrə keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan bir neçə ümumi təhsil müəssisəsi müxtəlif fənlərdə yüksək nəticələr göstərərək, ölkənin ən yaxşı nəticəyə imza atan məktəbləri sırasında yer alıblar:
Azərbaycan dili və ədəbiyyat fənləri üzrə
Lənkəran rayonu Gərmətük qəsəbə tam orta ümumtəhsil məktəbi
Kimya fənni üzrə
Cəlilabad şəhəri Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi
Lənkəran rayonu Şürük kənd tam orta ümumtəhsil məktəbi
Masallı rayonu Fayəddin Xancanov adına Musakücə kənd tam orta ümumtəhsil məktəbi
Biologiya fənni üzrə
Cəlilabad rayonu Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi
Lənkəran-Astara Regional Təhsil İdarəsi olaraq yüksək nəticə göstərmiş şagirdləri, onların bu uğurunda əməyi olan müəllimləri və məktəb kollektivlərini təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #ÜmumiTəhsil #ƏnYaxşıMəktəb