22.05.2025

Məktəbəqədər müəssisələrdə “Sağlam qidalanma” ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində “Sağlam qidalanma” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.

 

Tədbirlər zamanı uşaqlara balanslı və düzgün qidalanmanın əhəmiyyəti, vitamin və minerallarla zəngin qidaların orqanizm üçün faydaları, həmçinin zərərli qida məhsullarının sağlamlığa təsiri barədə ətraflı məlumat verilib.

 

Müəllimlər tərəfindən qidalanma vərdişlərinin düzgün formalaşdırılması, yemək zamanı gigiyena qaydaları və sağlam həyat tərzinin təşviqi barədə təqdimatlar edilib.

 

Uşaqların mövzu ilə bağlı iştirakını təmin etmək üçün sual-cavab sessiyaları, interaktiv oyunlar və kiçik praktiki tapşırıqlar təşkil olunub. Tədbir onların sağlam qidalanma vərdişlərini inkişaf etdirməyə və düzgün həyat tərzini mənimsəmələrinə yönəldilib.