Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrində işçi heyətin gender bərabərliyi mövzusunda maarifləndirilməsi məqsədilə tədbirlər təşkil olunub.
Tədbirlərdə gender anlayışı, kişilər və qadınlar arasında bərabər hüquq və imkanların təmin edilməsi, stereotiplərin aradan qaldırılması və inklüziv iş mühitinin yaradılmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Gender bərabərliyinin təhsil müəssisələrində səmərəli fəaliyyətə, sağlam əmək münasibətlərinə və əməkdaşlıq mühitinə təsiri haqqında geniş izahlar təqdim edilib.
İşçi heyətin mövzu ilə bağlı fikir və təcrübələrini bölüşməsi, qısa təqdimatlar etməsi və təşkil olunan “dəyirmi masa” müzakirələrində iştirakı tədbirləri daha faydalı edib. Sual-cavab sessiyaları vasitəsilə gender bərabərliyinə dair biliklərin daha da möhkəmləndirilməsi təmin olunub.
Gender bərabərliyinin qorunması və təşviqi müasir və inkişaf yönümlü cəmiyyətin formalaşması üçün mühüm amillərdəndir. Bu baxımdan təhsil müəssisələrində işçi heyətin maarifləndirilməsi istiqamətində tədbirlərin keçirilməsi davam etdirilir.