05.06.2025

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.

 

Şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının tarixi, mahiyyəti, əsas prinsipləri, eləcə də dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Müəllimlər tərəfindən Konstitusiyanın dövlət idarəçiliyində rolu, vətəndaşların hüquq və vəzifələrinin təminat mexanizmləri, suverenliyin milli kimliyin formalaşmasındakı əhəmiyyəti haqqında təqdimatlar edilib.
 

Şagirdlərin fəal iştirakı ilə müsabiqələr, sual-cavab mərhələləri və müzakirələr təşkil olunub. Tədbirlər hüquqi biliklərin artırılmasına, konstitusion dəyərlərin və suverenlik anlayışının şagirdlər arasında daha dərindən mənimsənilməsinə xidmət edib.