Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərlə uşaq hüquqları, zorakılığın qarşısının alınması, narkotik vasitələrin zərərləri, insan alveri və digər hüquq pozuntuları barədə profilaktik söhbətlər təşkil olunub.
Yeniyetmələrin məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğular aparılıb və nəticələr təhlil edilib. Sadə dildə hazırlanmış uşaq hüquqları kitabçaları çap edilərək şagirdlərə paylanıb. Sağlam qidalanma, erkən nikahın mənfi nəticələri və təhsildən yayınmanın qarşısının alınması mövzularında maarifləndirici materiallar və görüşlər keçirilib.
Media vasitələrində uşaq hüquqları ilə bağlı maarifləndirici süjetlərin yayımlanması təşviq olunub, valideynlər və ictimaiyyət üçün məlumatlandırma tədbirləri aparılıb. Tədbirlər uşaq hüquqları sahəsində məlumatlılığın artırılmasına və profilaktik işlərin gücləndirilməsinə xidmət edib.