Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi və Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirilib.
Tədbirlər zamanı şagirdlərə Konstitusiyanın dövlət quruculuğundakı əhəmiyyəti, insan hüquq və azadlıqlarının təmin edilməsində oynadığı rol, həmçinin ölkəmizin suverenliyinin bərpası ilə bağlı tarixi hadisələr barədə geniş məlumat verilib.
Mövzuya dair təqdimatlar nümayiş olunub, şagirdlərin iştirakı ilə sual-cavab sessiyaları, müzakirələr və interaktiv fəaliyyətlər təşkil edilib. Tədbirlər şagirdlərdə hüquqi biliklərin artırılmasına, dövlətçilik ənənələrinə hörmətin gücləndirilməsinə və milli kimlik duyğusunun möhkəmləndirilməsinə xidmət edib.