02.06.2025

Ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ailələrin, valideynlərin və uşaqların internetdə mövcud təhlükələr barədə məlumatlandırılması mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərdə internetdən təhlükəsiz istifadə qaydaları, kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və sosial şəbəkələrdə qarşılaşa bilinəcək risklər barədə geniş məlumat verilib. Şagirdlərə onlayn məkanda tanımadıqları şəxslərlə ünsiyyətin fəsadları, zərərli kontent, kiberbullinq və internet asılılığı kimi mövzular izah olunub.
 

Məktəblərin psixoloqları və müəllimləri tərəfindən şagirdlərin təhlükəsiz internet davranışları, məlumat paylaşımında ehtiyatlılıq və düzgün rəqəmsal vərdişlərin formalaşdırılması ilə bağlı maarifləndirici çıxışlar edilib.
 

Tədbirlər çərçivəsində şagirdlərlə sual-cavab sessiyası aparılıb, mövzu üzrə müzakirələr təşkil olunub və onların rəqəmsal təhlükəsizliyə dair bilikləri möhkəmləndirilib.
 

Uşaqların təhlükəsiz və sağlam rəqəmsal mühitdə inkişaf etmələri üçün görülən bu maarifləndirici fəaliyyətlər məktəbdə ardıcıl şəkildə davam etdirilir.