PIRLS 2026 beynəlxalq tədqiqatının Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində həyata keçirilən əsas mərhələsi uğurla başa çatıb.
Tədqiqat çərçivəsində region üzrə 14 ümumi təhsil müəssisəsindən 15 sinif iştirak edib. Qiymətləndirməyə ümumilikdə 305 nəfər IV sinif şagirdi cəlb olunub. Eyni zamanda, valideynlər, sinif rəhbərləri və məktəb direktorları da sorğu mərhələsində iştirak edərək prosesə töhfə veriblər.
Tədqiqat zamanı şagirdlər oxu savadlılığı üzrə tapşırıqları yerinə yetirməklə yanaşı, onların təhsil mühiti, oxu vərdişləri və sosial şəraiti ilə bağlı sualları da cavablandırıblar.
PIRLS (Progress in International Reading Literacy Study) — IV sinif şagirdlərinin oxu bacarıqlarını və oxuyub-anlama səviyyəsini qiymətləndirən beynəlxalq tədqiqatdır və hər 5 ildən bir keçirilir.
Qeyd edək ki, Azərbaycan bu il ilk dəfə ePIRLS (onlayn oxu mühiti) komponentində iştirak edir.