08.05.2026

IX–XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Müsabiqə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub və onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsinə xidmət edir.

 

Əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxış edənlər “Ən yaxşı təqdimat” müsabiqəsinin 20 ildən artıqdır ki Heydər Əliyev irsinin gənclərimiz arasında təbliğ edilməsində, öyrənilməsində xüsusi rol oynadığını vurğulayıblar. Bildirilib ki, müxtəlif istiqamətlər üzrə bir çox müsabiqələr keçirilsə də, bu müsabiqə öz mahiyyəti və Azərbaycanın gələcək nəslinin tərbiyəsindəki rolu ilə xüsusi əhəmiyyət daşıyır. Təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri şagirdlərə bilik və bacarıqlar qazandırmaqdırsa, digər mühüm məqsəd onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşdırılmasıdır. Yeni nəslin milli ideoloji mühitdə inkişafına töhfə vermək baxımından ulu öndərin irsinin öyrənilməsi olduqca vacibdir.

 

Sonda qaliblərə diplomlar və hədiyyələr təqdim olunub. Builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib, 33 nəfər müsabiqənin qalibi olub. Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.

 

Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Yusif Muradlı “Ən yaxşı təqdimat” müsabiqəsində 3-cü yerə layiq görülüb. Qeyd edək ki, şagirdimiz Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadasında 1 qızıl və 1 gümüş, SASMO və AMO olimpiadalarında isə gümüş medallar qazanıb. Ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq!

 

Müsabiqə Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #HeydərƏliyev #ƏnYaxşıTəqdimat