Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə təhkim olunmuş sosial pedaqoqların iştirakı ilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov iştirak ediblər. Görüş zamanı sosial pedaqoqların fəaliyyəti ilə bağlı yekun hesabatlar dinlənilib, təqdimatlar nümayiş olunub, metodiki tövsiyələr verilib və qarşıda duran məsələlər ətrafında müzakirələr aparılıb.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #SosialPedaqoq