Ümumtəhsil müəssisələrində ixtioz və bullyoz epidermolizin profilaktikası, eləcə də təhsilalanların və təhsilverənlərin bu sahədə maarifləndirilməsi və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tədbirlər həyata keçirilib.
Tədbirlər Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə etdiyi Astara, Cəlilabad, Lerik, Lənkəran və Masallı rayonlarını əhatə etməklə 2026-cı ilin iyun ayında 34 ümumtəhsil müəssisəsində təşkil olunub. Prosesdə 74 müəllim və 1200-dən çox şagird iştirak edib.
Tədbirin əsas məqsədi qeyd olunan xəstəliklər üzrə profilaktik maarifləndirmənin gücləndirilməsi və sağlamlıq sahəsində biliklərin artırılması olub.