04.05.2026

Uşaqların elektron qaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi həyata keçirilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 6 rayonda 53 alternativ qeydiyyat mərkəzi yaradılıb.

 

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

 

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya və suallar yaranarsa, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-0-5) zəng edə bilərlər.

 

Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna 6 may tarixindən start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

 

#LənkəranAstaraRTİ #MÜTDA #EduAz #BirinciSinfəQəbul #AlternativMərkəz