16.05.2026

Zona Fənn Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Zona Fənn Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Lənkəran Dövlət Universitetində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə keçirilən zona fənn olimpiadasının qalibləri mükafatlandırılıb.

 

Qaliblərə medal, diplom və xatirə hədiyyələri LDU-nun rektoru Natiq İbrahimov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov tərəfindən təqdim olunub.

 

Artıq 9 ildir keçirilən ənənəvi olimpiadada bu il Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarından 650-yə yaxın IX–XI sinif şagirdi iştirak edib. İndiyədək isə olimpiadalara ümumilikdə 2500-dən çox şagird qatılıb.

Qalib olan şagirdlərimizə növbəti bilik yarışlarında da uğurlar arzulayırıq!

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #LənkəranDövlətUniversiteti #ZonaFənnOlimpiadası