Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri “Fövqəladə hallar uşaqların gözü ilə” adlı uşaq yaradıcılıq müsabiqəsində qazandıqları uğurlara görə mükafatlandırılıblar.
Yaradıcılıq müsabiqəsi bir neçə mərhələdə və müxtəlif nominasiyalar üzrə — rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və s. istiqamətlərdə təşkil edilib. Şagirdlər məktəb, rayon və respublika mərhələlərində iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.
♦Müsabiqənin final mərhələsində “Əl işi” nominasiyası üzrə Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyanın III sinif şagirdi və Lənkəran şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Rəhmanlı Mələk Ramid qızı II yerə, Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Məcidzadə İsmayıl Ramil oğlu isə III yerə layiq görülüb.
Fəal iştiraklarına və yaradıcılıq nailiyyətlərinə görə:
► Lerik rayonu Elşən Səfərov adına Çayrud kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Əzizova Fidan Məhəbbət qızı,
► Masallı rayonu Qızılağac kəndi Sübhan Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Məmmədova Nuray Rəşad qızı,
► Astara rayonu Şahin Əliyev adına Rudəkənar kənd ümumi orta ümumtəhsil məktəbinin V sinif şagirdi Mirzəzadə Kamilə Zamiq qızı və VII sinif şagirdi Sadıxova Məryəm Səfail qızı müxtəlif nominasiyalar üzrə Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin əsas məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək göstərilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də uşaq və gənclər arasında fövqəladə hallar mövzusunda ictimai diqqətin artırılmasıdır.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #FHN #MÜTDA #FövqəladəHallarUşaqlarınGözüİlə