Əyani mərhələ Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. Mərhələdə iştirak edən namizədlər mühasibatlıq sahəsi üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə praktiki tapşırıqların icrasını həyata keçiriblər.
Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan müvafiq işə qəbul prosesi iki mərhələdən — əyani və müsahibə mərhələlərindən ibarət olacaq. Qeyd edək ki, işə qəbul prosesinin şəffaf və obyektiv şəkildə keçirilməsi əsas prioritetlərdəndir.