Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və yanvarın 26-sı “Lənkəran hadisələri”ndə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər, abidə önünə qərənfillər düzüblər.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #20yanvar #ÜmumxalqHüznGünü #20yanvar1990