Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində peşə təmayüllü siniflər üzrə tədrisin müasir tələblər əsasında təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Peşə təmayüllü siniflərin əsas məqsədi şagirdlərin erkən yaşlardan əmək bazarının tələblərinə uyğun istiqamətləndirilməsi, onların praktiki bacarıqlarının inkişaf etdirilməsi, peşə seçiminə hazırlıq səviyyəsinin yüksəldilməsi və gələcək karyera planlamasına dəstək göstərilməsidir.
Layihə çərçivəsində şagirdlərin bacarıq və maraqlarına uyğun peşə istiqamətlərinin müəyyənləşdirilməsi, praktiki biliklərinin artırılması və şagirdlərin gələcək əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyası əsas hədəf kimi müəyyən olunub.
Qeyd edək ki, #PeşəTəmayüllüSiniflər layihəsi çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 30 məktəbdə 50 sinif üzrə ümumilikdə 911 şagird üçün dərslər təşkil olunur.