Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan yarışlarda 8-16 yaşadək oğlan və qız şahmatçılar iştirak ediblər.
Regional və şəhər çempionatları Lənkəran, Şamaxı, Goranboy, Ağcabədi, Şəmkir, Xaçmaz, Göyçay, İmişli, Qax, Şirvan, Gəncə və Sumqayıt şəhərlərində keçirilib.
Yarışların nəticələrinə əsasən regional seçmə mərhələlərində hər yaş qrupu üzrə ilk iki yeri tutan iştirakçılar, Gəncə və Sumqayıt şəhər çempionatlarında isə ilk üçlükdə yer alan şahmatçılar Azərbaycan çempionatının final mərhələsində iştirak hüququ qazanacaqlar.
Final mərhələsinin 24 mart – 2 aprel 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.
#LənkəranAstaraRTİ #LənkəranAstaraRGİİ #ElmvəTəhsilNazirliyi #GənclərvəİdmanNazirliyi #ŞahmatFederasiyası #ÖlkəÇempionatı