Olimpiadada Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən ümumillikdə 2934 nəfər şagird 7 mərkəzdə biliyini sınayıb.
Respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin VIII-XI sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informatika fənləri üzrə xüsusi istedada malik şagirdlərin
aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən yarışdır.