#RəqəmsalBacarıqlar layihəsi tətbiq olunan bütün ümumi təhsil müəssisələrində böyük summativ qiymətləndirmələr IV-XI siniflərdə müvafiq fənlər üzrə "Virtual Məktəb" platforması üzərindən keçirilib.
Summativ qiymətləndirmələrin rəqəmsal keçirilməsinin məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın tətbiq edilməsi, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasıdır.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #BSQ #VirtualMəktəb #qiymətləndirmə