Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsinin nəticələrinə əsasən, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 41 şagird final mərhələsinə vəsiqə qazanıb.
Fənn müsabiqələrinin və riyaziyyat-məntiq olimpiadasının final mərhələsində iştirak edəcək şagirdlərimizə müvəffəqiyyətlər arzulayırıq!
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #ARTİ #FənnMüsabiqəsi #LütfiZadə #MFM #LRMO