Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyə olunması məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində şagirdlərə ölkəmizin tarixi, mədəniyyəti, milli adət-ənənələri və dəyərlərinin əhəmiyyəti barədə məlumatlar təqdim edilib. Müəllimlər tərəfindən vətənpərvərlik mövzusunda təqdimatlar, hekayələr, və interaktiv məşğələlər aparılıb.