Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılmış monitorinqin nəticələri ilə bağlı görüş təşkil olunub.
Görüş zamanı müəssisələrin fəaliyyəti üzrə qiymətləndirmə meyarları, əldə olunan ballar, müşahidə olunan çatışmazlıqlar və qarşıda duran hədəflər müzakirə edilib. Eyni zamanda mövcud vəziyyətin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.