03.05.2025

"Qərbi Azərbaycana qayıdış" olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

Olimpiada Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Lənkəran rayonu Sütəmurdov kənd tam orta ümumtəhsil, Masallı şəhər 3 nömrəli tam orta ümumtəhsil və Yardımlı şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəblərində olmaqla ümumilikdə 3 mərkəzdə təşkil olunub.
 

Olimpiadada 662 şagirdimiz iştirak edib. IX-X sinif şagirdləri arasında keçirilən olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Olimpiada #QərbiAzərbaycanaQayıdış


Açar sözlər: