07.05.2025

Şagirdləri PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edəcək ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, müdir müavini Rəhim Rəhimov, Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov, idarə əməkdaşları və məktəb direktorları iştirak ediblər.
 

Bəhruz Mehdiyev çıxışı zamanı bildirib ki, PISA – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında 2025-ci ildə Cəlilabad rayonu üzrə 7, Lənkəran rayonu üzrə 5, Masallı rayonu üzrə 4, Astara rayonu üzrə 3, Yardımlı rayonu üzrə 2, Lerik rayonu üzrə isə 1 təhsil müəssisəsi olmaqla, ümumilikdə region üzrə 22 məktəbin şagirdləri iştirak edəcəklər.
 

Görüş zamanı tədqiqat prosesində həyata keçiriləcək bütün addımlara yenidən nəzər salındı və prosesin təşkili ilə bağlı müzakirələr aparıldı.
 

Qeyd edək ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə həyata keçirilən tədqiqatdır. Tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq və tədqiqatda ölkə üzrə 8 minə yaxın şagird iştirak edəcək.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #ARTİ #PISA


Açar sözlər: