01.05.2025

“Etnik azlıqların mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi” adlı maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Etnik azlıqların mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
 

Tədbirlərdə ölkəmizdə yaşayan müxtəlif etnik qrupların mədəni dəyərləri, adət-ənənələri, folkloru və tarixi irsi haqqında ətraflı məlumat verilib. Müəllimlər tərəfindən etnik azlıqların mədəniyyətinin formalaşması, zəngin ədəbi və musiqi nümunələri, eləcə də onların Azərbaycan cəmiyyətinin inkişafındakı rolu barədə təqdimatlar edilib. Məktəblərdə təşkil olunan sual-cavab mərhələləri vasitəsilə şagirdlərin mədəni müxtəliflik, tolerantlıq və qarşılıqlı hörmət haqqında bilikləri daha da möhkəmləndirilib.
 

Etnik azlıqların mədəni irsi ölkəmizin çoxmillətli və zəngin dəyərlərə malik cəmiyyətinin formalaşmasında mühüm yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın üzərinə düşən vacib və məsuliyyətli vəzifələrdəndir.